Əlaqə Arxiv
news Image
2015.02.10
18:00
| A A A
Qurban Qurbanov Leroy Corc məsələsinə aydınlıq gətirdi

Daha əvvəl də xəbər vermişdik ki, "Qarabağ"ın hollandiyalı yarımmüdafiəçisi Leroy Corcun müqaviləsi mövsümün sonunda bitəcək.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi hələlik futbolçuya yeni müqavilə təklif etməyib. Bununla bağlı komandanın baş məşqçisi Qurban Qurbanovla danışdıq.Qurban müəllim digər futbolçulardan fərqli olaraq, məhz Corcun müqaviləsinin uzadılmamasına belə aydınlıq gətirdi: "Corc hələ bizim futbolçudur. Mövsümün sonuna kimi komandada qalacaq. Bu müddətdə biz də msələyə aydınlıq gətirəcəyik.Leroyla müqavilənin uzadılmamasın problemə çevirmək lazım deyil. Gördüyünüz kimi o, bütün oyunlarda əsas heyətdə yer alır. Bəziişlər yoluna düşdükdən sonra bu məsələyə də aydınlıq gətirəcəyik. Yəni bu məqam o demək deyil ki, biz Leroy Corcu istəmirik".

Sizin Reklam Yeriniz