Əlaqə Arxiv
news Image
2015.02.11
14:25
| A A A
Masallıda sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azər" İdman klubunda 26 fevral Xocalı soyqrımına həsr olunmuş yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə açıq Masallı rayon birinciliyi keçirilib.

Qeyd edək ki, 12 çəki dərəcəsində keçirilən rayon birinciliyində Masallı idmançıları ilə yanaşı qonşu Lənkəran və Astara rayonlarından olan idmançılar da öz güclərini sınamışlar. İki gün davam edən yarışlarda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılıb.

Gərgin keçən yarışlarda 150 nəfər idmançı iştrak edib.



Sizin Reklam Yeriniz