Əlaqə Arxiv
news Image
2012.08.03
12:45
| A A A
İnterə yeni çinli ortaq

Movqe.az xəbər verir ki, İtaliyada 18 çempionluq yaşayan və son dövrdə borclarının olduğu bilinən İnter komandasına çinli ortaq gəlib. "China Railway Construction" şirkətinin, komandanın sahibi Moratti ailəsinin mülkünün bir hissəsini satın aldığı ifadə edilsə də, satışın dəyəri haqqında məlumat verilmir. Bazar dəyəri təxminən 500 milyon avro olan İnter komandasının 15 faizlik hissəsini satın alan "China Railway" şirkətinin, Hong Kong mərkəzli "QSL Sports" ilə bir sərmayə qrupu qurduğu yazılsa da, Çinli şirkətin komanda ilə əlaqədar böyük planları olduğu ifadə edilib. Bu planlar arasında Milanoda 2017-ci ilə qədər tamamlanması nəzərdə tutulan yeni bir stadion da var. Komandanın müdiri olan Massimo Morattinin, İnterin maliyyə vəziyyətini düzəltmək  məqsədiylə uzun müddətdir sərmayəçi axtarışında olduğu vurğulanılıb. Çinli şirkətin komandanın ən böyük ikinci ortağı olacağı deyilir.

Sizin Reklam Yeriniz