Əlaqə Arxiv
news Image
2015.02.12
21:30
| A A A
Nikolas Kanales: “Bu oyun Azərbaycan çempionatının “El-klassiko”sudur”

Azərbaycan Premyer Liqasının 21-ci turunda "Neftçi" ötən gün "Xəzər Lənkəran"a iki cavabsız qolla qalib gəldi. Movqe.az xəbər verir ki, matçdan sonra Bakı klubunun çilili hüumçusu Nikolas Kanales qarşılaşma barədə Goal.Az saytına açıqlama verdi:



"Bu oyunda yaxşı oynayıb layiqli qələbə qazandığımızı düşünürəm. "Xəzər Lənkəran"ın gənc komanda olması qələbəmizə kölgə salmamalıdır. Bu oyunAzərbaycan çempionatının "El-klassiko"sudur. Belə oyunda qazanılan qələbə çox vacibdir. İnanıram ki, bu oyunda əldə etdiyimiz üç xal bizə stimul olacaq. Azərbaycan çempionatının "El-klassiko"sunda sadəcə çatışmayan bir cəhət var. O da azarkeşlərin azlığıdır. Belə oyunda tribunalar dolu olmalıdır. Təəssüflər olsun ki, hər iki komandanın azarkeşləri tribunada deyildi. Biz qarşıya baxmalıyıq. Bu tur çətin Qələbə səfərimiz var. Mütləq qələbə qazanmalıyıq. Başqa yolumuz da yoxdur".


Sizin Reklam Yeriniz