Əlaqə Arxiv
news Image
2015.02.13
20:00
| A A A
Premyer Liqada yanvar ayının ən yaxşıları müəyyənləşdi

Yanvar ayında Premyer Liqanın ən yaxşı futbolçusu və məşqçisi müəyyənləşib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 2015-ci ilin ilk ayında öz oyunu ilə "Tottenham Hotspur"dan Harri Keyn fərqlənib. O, komandasının yanvarda keçirdiyi oyunlarda 5 dəfə rəqib qapılarına yol tapıb. Onun xüsusilə "Chelsea" ilə görüşdə dubla imza atması diqqətdən kənarda qalmayıb. Keynin aktivində 2 məhsuldar ötürmə də var.

Premyer Liqanın yanvar ayında ən yaxşı məşqçisi isə "Southampton"un çalışdırıcısı Ronald Kuman olub. Onun komandası yanvarda keçirdiyi 3 oyundan 9 xal qazanıb. Onlar yanvarda "Arsenal", "Manchester United" və "Newcastle United"i məğlub etmişdilər.

Sizin Reklam Yeriniz