Əlaqə Arxiv
news Image
2015.02.17
19:45
| A A A
"Qarabağ" UEFA-nın qərarıyla bağlı bəyanat yaydı

"Qarabağ" klubuUEFA-nın apellyasiya şikayəti iləəlaqədarbu gün açıqlanan qərarı ilə bağlı bəyanat yayıb. Movqe.az Goal.Az-a istinadən xəbər verir ki, klubun rəsmi saytı vasitəsiləyayılan bəyanatda deyilir:

"Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadasının qolu hesaba almaması nəticəsindəAğdam təmsilçisiyarışda mübarizəni dayandırıb.

Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı, "Qarabağ"ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. "Qarabağ"ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də biganə qalmayaraq"Qarabağ" klubunu qəbul etməklə verdiyi dəstəyi, komandanın yanında olduğunu nümayiş etdirib.


Təsadüfi deyil ki, görüş zamanı daim Azərbaycan idmanındandiqqət və qayğısını əsirgəməyən dövlət başçısı hər nə qədər "Qarabağ" qrup mərhələsində mübarizəni dayandırsa da, möhtərəm prezidentimiz "Qarabağ"ı qalib saydığını bildirmiş vəqrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı"Qarabağ"ımıza hədiyyə olaraq təqdim edib. Prezidentimizhəmin mükafatı zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda "Qarabağ"ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olub.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl elə ilk gündən baş verən haqsızlığa biganə qalmayaraq milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırışını müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanıbvə UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşüb. Başqanımızın israrla "Qarabağ"ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilib.

Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil Gürur Gaye Günal "Qarabağ"ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunub və olay UEFA-nın məhkəməsinə qədər daşınıb.

Vəkilimizin israrları və təkidləri sayəsində fevralın ayının 5-nə təyin olunmuş məhkəmədə"Qarabağ" rəhbərliyinin eləcə də çoxmilyonlu ictimaiyyətin tələbi - "Qarabağ"ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməyib və vəkilimiz yenidən qərardan şikayət olunmasıyla bağlı vəsadət qaldırmışdı.

Bu gün gözlənilən qərar açıqlanıb. Düzdür, gözlənildiyi kimi oyun yenidən keçirilməsi haqqında qəbul olunmayıb. Amma, baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığını bildirilib. Hər nə qədər "Qarabağ"ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də, bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunub. Belədə oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşıb. Belə ki, məhkəmədə hakimin cəzalanması hakimlərlə bağlı müvafiqqurum tərəfindən veriləcəyi bildirilib.

Beləliklə, "Qarabağ" rəhbərliyi, ölkə ictimaiyyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini verib. Hakimlərin cəzalanmasıyla bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidir...".

Sizin Reklam Yeriniz