Əlaqə Arxiv
news Image
2015.02.18
21:30
| A A A
Qızlarımız Ukraynaya yola düşür

Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq turnir təşkil olunacaq. Goal.az xəbər verir ki, fevral19-dan 20-dək keçiriləcək yarışda yığma komandamızda qüvvəsini sınayacaq. Böyük məşqçilər Yaqub Məmmədov və Həsrət Məmmədyarovun rəhbərliyi altında heyətdə 13 idmançı yer alıb. Yeniyetmələrin yarışında Ülkər Babayeva, Aynurə Camalova (hər ikisi 40 kq), Sona Tumarxanova (48 kq), Leyla Qurbanova (51 kq), Şəbnəm Əhmədova (56 kq) mübarizə aparacaq. Gənclərin yarışında isə, ölkəmizi Sahilə Ələkbərova (44 kq), Türkan Nəsirova (48 kq), Arzu Əliyeva (51 kq), Almaz İsmayılova, Alyona Kolesnik (hər ikisi 55 kq), Ləman Qurbanova (59 kq), Dərya Korin (63 kq) və Raqnetta Qurbanzadə (69 kq) qüvvəsini sınayacaq.

Sizin Reklam Yeriniz