Əlaqə Arxiv
news Image
2015.02.23
20:30
| A A A
Kompani: "Barcelona"dan çəkinmirik"

"Manchester City"nin kapitanı Vensan Kompani Çempionlar Liqasının 1/8 final mərhələsində komandanı gözləyən "Barcelona" ilə oyun haqqında danışıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, belçikalı müdafiəçi rəqibdən çəkinmədiklərini bildirib. Kompani "Barcelona"nın əsas üstünlüyünü də qeyd edib.

"Qarşıdakı oyun vacib görüşlərdən biridir. Yaxşı gün keçirsək, uğurlu gecə də bizim olacaq. Buna görə hazırlaşmalıyıq. Məncə, artıq komanda oyuna hazırdır. "Barcelona"dan çəkinmirik. Bizim səviyyədə klub onların hücumçularından çəkinməməlidir. Səbizliklə matçı gözləyirik. "City"nin narahatçılıq üçün səbəbi yoxdur. "Barcelona" xüsusi komandadır. Düşünürəm ki, onların əsas bacarığı bütün oyun boyu hücum etməkdə deyil. "Stoke City" səfərindəki oyun "Barcelona" ilə qarşılaşmadan daha çətin keçə bilər. Onların əsas üstünlüyü bir saniyə içində qərar vermək bacarığıdır. "Barcelona"da hücumu sehrli toxunuşla tamamlaya bilən ofutbolçular digər klublardan daha çoxdur. Amma mən futbola belə oyunlarda çıxış etmək üçün gəlmişəm. Əgər böyük oyunlar keçirməyə həvəsim yoxdursa, düzgün yolda deyiləm".

Sizin Reklam Yeriniz