Əlaqə Arxiv
news Image
2015.02.25
21:00
| A A A
"El Clasico" çempionluğun taleyini müəyyən etməyəcək"

Barcelona"nın prezidenti Xosep Bartomeu komandanın "Manchester City" üzərindəki səfər qələbəsi haqqında danışıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, klub rəhbəri "El Clasico" derbisinə də toxunub.

"Barcelona" gözəl oyun göstərdi. Komanda baxımlı oyunla qələbə qazandı. Qələbə layiqli idi. Amma cütün taleyinə cavab matçında aydınlıq gələcək. "City" Avropanın ən yaxşı klublarından biridir. "Barcelona" 3 turnirdə mübarizə aparır. Buna rəğmən, yorğunluq hiss olunmur. "City"dən buraxılan qol eyib etməz. Mübarizə aparıb 1/4 finala çıxmağa çalışacağıq. La Liqa da bu il çətin keçir. Qarşıdan "El Clasico" gəlir. Amma bu derbi çempionluğun taleyini müəyyənləşdirməyəcək".

Sizin Reklam Yeriniz