"Atletico"dan "Liverpool"a getməyə yaxın idim"
"Chelsea"nin hücumçusu Diyeqo Koşta "Atletico"dan daha əvvəl Premyer Liqaya gəlmək imkanının olduğunu deyir.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispaniyalı forvard "Liverpool"un ona göstərdiyi maraqdan söhbət açıb.
"İki il öncə "Atletico"dan "Liverpool"a getməyə yaxın idim. "Liverpool", həqiqətən, böyük klubdur. Amma "Atletico"nun heyətində yaşadıqlarım hadisələrdən sonra gedə bilməzdim. Düşündüm ki, inkişafa davam edib "Atletico"da uzun müddət oynamaq lazımdır".