Əlaqə Arxiv
news Image
2015.03.06
16:15
| A A A
Seneqallı hücumçu 7 oyunluq diskvalifikasiya olunub

"Newcastle United"in forvardı Papiss Sisse "Manchester United"ə qarşı oyunda rəqib müdafiəçi Conni Evansa tüpürdüyünü etiraf edib. Bu səbəbdən seneqallı futbolçu 7 oyunluq diskvalifikasiya olunacaq.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, analoji hadisə Sissenin futbol karyerasında əvvəl də olub. Bunu nəzərə alan İngiltərə Futbol Asosassiyası onun cəzasını bir qədər ağırlaşdırıb. Belə ki, daha öncə Sisse və Evansa 6 oyun cəza veriləcəyi deyilirdi. Bununla da, Sisse yalnız mayın 9-da keçiriləcək "West Bromwich Albion" ilə matçda meydana çıxa biləcək.

Sizin Reklam Yeriniz