"Mən Messidən biraz üstün idim"
Futbol tarixində 3 qat dünya çempionu olmuş yeganə futbolçu - Pele, Messi və Ronaldonun müqayisəsini aparıb.Movqe.az Goal.az-a istinadn xəbər verir ki, "futbol kralı" argentinalı futbolçunu xüsusi qeyd edib. Buna baxmayaraq Pele ondan daha yaxşı olduğunu da bildirib.
"Hazırda iki oyunçu dünyanın ən güclüsüdür. Bunlar Messi və Ronaldodur. Messi son 10 ildə ən yaxşı futbolçudur. Bu müddət ərzində stabil oyun göstərmək böyük uğurdur. O, heç vaxt pis oynamır. Ronaldo qollar vuran hücumçudur. Messi isə həm də məhsuldar ötürmələrlə fərqlənir. Mən öz oyunumu kənardan görməmişəm. Amma, sanki Messidən biraz yaxşı idim. Hər iki ayağımla dəqiq zərbələr vururdum".