Azərbaycanlı idmançı Xəyal Əhmədov Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyası üzrə dünya kuboku uğrunda keçirilən yarışda erməni rəqibini nokauta salaraq qələbə qazanıb. Movqe.az xəbər verir ki, yarışa üç nəfərlik heyətlə 86 kq çəkidə Xəyal Əhmədov 75 kq-da Nicat Vəliyev, 45 kq-da Nicat Nəcəfzadə ilə qatılan Azərbaycan kikboksçuları uğurlu çıxışları ilə diqqət çəkib. İdmançılarımızdan Xəyal Əhmədovun qələbəsi isə daha çox sevindirici olub. 86 kq çəkidə döyüşən X. Əhmədov erməni idmançı Qohoqiya Qoçharyan ilə qarşılaşıb. Rəqibindən açıq-aşkar üstün olan X. Əhmədov nəticədə layiqli qələbə qazanaraq Azərbaycanın bayrağını yüksəyə qaldırıb. X. Əhmədov 2-ci raundda erməni döyüşçüyə nakautla qalib gələrək dünya kubokunu qazanmaqla yanaşı, xalqımıza möhtə.əm Novruz bayramı hədiyəsi edib. Digər kikboksçularımız-Nicat Vəliyevlə Nicat Nəcəfzadə də döyüşlərini qalibiyyətlə başa vurublar.