"Real" 20 yaşlı müdafiəçi ilə maraqlanır
"PSV Eindhoven"in sol cinah müdafiəçisi Yetro Villems "Real
Madrid"in diqqətini cəlb edib. Movqe.az Goal.az-a istinadn xəbər
verir ki, "kral klubu"nun skautları Hollandiya çempionatının
"Feyenooord"a qarşı keçirilmiş oyunda 20 yaşlı futbolçunu
izləyiblər. Villems cari mövsümdə 13 məhsuldar ötürmə verməklə bu
göstərici ilə liderdir. Onun aktivində 1 qol da var. Holland
müdafiəçi ilə "Manchester City" də maraqlanır.