Növbəti “Yay düşərgəsi” Lerikdə start götürəcək
Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən
etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə
respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələrin
keçirilməsi nəzərdə tutulub. Gənclər və İdman Nazirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, düşərgənin təşkil edilməsində əsas məqsəd - gəncləri
vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi
haqqında əyani olaraq geniş məlumat verməkdir. İlk belə düşərgə bu
ilin iyul ayında Qəbələ rayonunda təşkil edilib. Düşərgədə 70
nəfərə yaxın tələbə çalışıb. Növbəti düşərgə isə yenə də nazirlik,
Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqı ilə birgə 29 avqust -7 sentyabr tarixlərində
Lerik rayonunda təşkil ediləcək.
Düşərgənin sonunda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.
Qeyd edək ki, düşərgələr "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramına uyğun olaraq həyata keçirilir.