Əlaqə Arxiv
news Image
2012.08.31
12:52
| A A A
“Neftçi” Azərbaycan futbol tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb
Bakının "Neftçi" komandası Avropa Liqasında son təsnifat mərhələsinin cavab oyununa çıxıb. "Apasport.az" saytının məlumatına görə, "ağ-qaralar" qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda Kiprdə yerli APOEL-lə qarşılaşıb.

Bakıda 1:1 bitən oyunun cavabında "Neftçi" daha güclü olub. Böyükağa Hacıyevin yetirmələri Kipr komandasını səfərdə 3:1 məğlub edib. "Neftçi" bununla Azərbaycan futbol tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 

"Neftçi"dən qolları İmamverdiyev (22), Vobay (31), Flavinyo (60), ev sahiblərindən isə Benaçour (44) vurub. 

30 avqsut. APOEL (Kipr) – "Neftçi" (Azərbaycan) - 1:3
Qollar: Benaçour 44, İmamverdiyev 22, Vobay 31, Flavinyo 60 
Baş hakim: Səid Ennjimi
Nikosiya. GSP stadionu
İlk oyun – 1:1

APOEL: 22. Dionisis Çiotis, 5. Mixal Klukovski, 7. Mario Budimir, 11. Nestarios Aleksandru, 18. Səlim Benaçour, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 27. H.Borda, 28. Mario Serjio, 46. Efstatios Aloneytus

Ehtiyat oyunçular: 78. Urko Pardo, 10. Konsantinos Çaralambides, 12. Aldo Adorno, 15. Marios Antoniades, 19. Marios Elia, 31. M.SouzaŞ Atos Solomou
Baş məşqçi: İvan Yovanoviç

"Neftçi": 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 19. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo,17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev
Baş məşqçi: Böyükağa Hacıyev
 
Sizin Reklam Yeriniz