Əlaqə Arxiv
news Image
2015.06.02
00:30
| A A A
"Transferlərə nə qədər ayrılacağını deməyəcəm"

Arsen Venqer komandanın yay fasiləsində həyata keçirəəcəyi transfer siyasətinə toxunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis nisbətə ucuz və keyfiyyətli futbolçuları transfer etməkdə maraqlı olduğunu gizlətməyib.

"Beyl və Poqba üçün tələb olunan qədər pul xərcləmək imkanımız yoxdur. Çoxları unudur ki, aparıcı futbolçularımızla yolları ayıranda necə çətin perioddan keçirdik. Reallıq bunu tələb edirdi. Artıq transfer bazarında yenidən alıcıya çevrilmişik. Amma transferlərə görə astronomik məbləğ ödəmək istəmirik. Transferlərə nə qədər ayrılacağını deməyəcəm. Qeyd etmək istərdim ki, transferlərin keyfiyyətli olmasına daha çox diqqət yetirmişəm. Mənim üçün əsas olan qiymət və keyfiyyət arasındakı uyğunluqdur. Məsələn Kazorlanı götürək. O, İngiltərə Kubokunun finalında ən yaxşı futbolçu seçildi. Amma Santinin 150 milyonluq futbolçu olduğunu demək olmaz. Ümumi götürəndə, pul xərcləməyin əleyhinə deyiləm və bunu sübut etmişəm".

Sizin Reklam Yeriniz