Əlaqə Arxiv
news Image
2015.06.02
15:10
| A A A
Azərbaycan XİN rəhbəri: “Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyə çalışırıq”
“Biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyə çalışırıq”.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı "Nezavisimaya qazeta" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi gün yaxınlaşır: "Bu oyunlar ilk dəfə keçiriləcək. Olimpiya xartiyasına əsasən Azərbaycan Avropa oyunlarını keçirməklə, öz zəngin təcrübəsinə söykənərək nəinki Avropada, o cümlədən onun hüdudlarından kənarda sülh, sabitlik, tərəqqi, dostluq, mədəniyyətlər və dinlərarası dialoqa təkan verir. Bu oyunlar kifayət qədər geniş miqyaslı olacaq. Biz 20 idman növü üzrə 6 mindən çox idmançı qəbul etməyi planlaşdırırıq. Onları 3 mindən çox şəxs müşayiət edəcək. Biz həmçinin Rusiya Kütləvi İnformasiya Vasitələrindən 150 nümayəndənin iştirak edəcəyini gözləyirik. Onlar tək Moskvadan deyil, Rusiyanın digər regionlarından da olacaq. Biz Bakıda Rusiya idmançıları, jurnalistləri və azarkeşlərini görməkdən çox məmnun olacağıq".

Nazir Rusiyanın Soçidə uğurlu olimpiada keçirdiyini xatırladıb.


Sizin Reklam Yeriniz