Əlaqə Arxiv
news Image
2015.06.05
11:00
| A A A
I Avropa Oyunlarında iştirak edən daha dörd ölkənin nümayəndə heyətləri Azərbaycana gəlib
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının ölkəmizə gəlməsi davam edir.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, artıq İspaniya, Britaniya, İsrail və İsveçin nümayəndə heyətləri Azərbaycana gəlib. Onları Heydər Əliyev Hava Limanında "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri və könüllüləri qarşılayıblar. Nümayəndə heyətləri onlar üçün ayrılmış xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.

Qeyd edək ki, bundan əvvəl Portuqaliya, Almaniya və İrlandiya idmançıları Azərbaycana gəlib.

Sizin Reklam Yeriniz