Əlaqə Arxiv
news Image
2015.06.09
17:00
| A A A
Avropa Oyunlarının Açılış Mərasimi belə olacaq – VİDEO
Sehirli şou nümayiş etdiriləcək.

İyunun 12-də keçiriləcək Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminin hazırlıq prosesindən yeni görüntü yayımlanıb.

Movqe.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz.

Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq.


Sizin Reklam Yeriniz