Əlaqə Arxiv
news Image
2015.06.13
10:30
| A A A
Bu gün güləşçilərimiz yarışa başlayır
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışları start götürür. Yarışların ilk günündə 4 idmançımız mübarizə aparacaq.

Movqe.az xəbər verir ki, "Bakı-2015"in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İyunun 15-16-da qadın güləşçilər, 17-18- iyunda isə sərbəst güləşçilər yarışacaq.


Yarışlarda 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində 4 dəst medal oynanılacaq.


İyunun 13-də 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaq.


59 kq


1/8 final - Elman Muxtarov - Gizo Meladze (GEO)


71 kq


1/8 final - Rəsul Çunayev - Daniel Kataraqa (MDA)


80 kq


1/8 final - Rafiq Hüseynov - Mixael Vaqner (AUT)


98 kq


1/16 final - Orxan Nuriyev - Teodoros Tunisidis (SWE)


İlk görüşlər Bakı vaxtı ilə saat 10:00-da başlayır.


Qeyd edək ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək


.

Sizin Reklam Yeriniz