Əlaqə Arxiv
news Image
2015.06.14
11:30
| A A A
Avropa Oyunlarının II günündə komandamız 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb

Azərbaycan millisi ilk Avropa Oyunlarında ilk medalını qazanıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, bu uğura karateçimiz İlahə Qasımova imza atıb. O, həmdə komandamızın heyətində ilk medal qazanan idmançı kimi tarixə düşüb. İdmançımız Firdovsi Fərzəliyev isə karate üzrə kişilərin yarışında Azərbaycana ilk qızıl medalı qazandırıb. Digər idmançımız Niyazi Əliyevdə komandamızın aktivinə bir medal yazdırıb. O, Avropa Oyunlarını bürünc medalla bitirib. Rafaerl Agayevdə finalda qalib gələrək qızıl medala yiyələnib. Güləş üzrə yarışlarda isə Elman Muxtarov erməni rəqibinə qalib gələrək komandamızın aktivinə növbəti medalı yazdırıb. Komandamızın aktivinə növbəti qızılı yunan-Roma güləşçisi Rəsul Çunayev yazdırıb. 

Beləliklə, komandamız Avropa Oyunlarıının ikinci günündə hələki 3 qızıl, 3 bürünc medal qazanıb. 


Sizin Reklam Yeriniz