Əlaqə Arxiv
news Image
2015.06.14
16:00
| A A A
Saymon Kleq: Azərbaycan idmançıları artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar

Azərbaycan idmançıları I Avropa Oyunlarında artıq keçirilmiş yarışlarda böyük uğurlar qazanıblar. Movqe.az-ın məlumatına görə, bunu Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib.


S. Kleq bildirib: "Biz buna çox şadıq. Bu, çox vacib komponentdir".


Onun sözlərinə əsasən, keçirilmiş yarışlarda azarkeşlərin sayı çox yüksək olub: "Bütün yarışlarda yerlərin 90 faizindən çoxu tutulmuşdu".


S. Kleq vurğulayıb ki, biletlər fəal satılmağa davam edir: "I Avropa Oyunlarının bağlanış mərasimində bütün biletlərin satılmasını planlaşdırırıq. Bildiyiniz kimi açılış mərasimində bütün biletlər satılmışdı. Yarışlara gəlincə, idmanın bəzi növləri azarkeşlər arasında çox populyar, digər növləri isə az populyardır. Məsələn, restinql yarışına bilet tapmaq çox çətindir. Etiraf etməliyik ki, Azərbaycanda idman tədbirlərinə gəlmək mədəniyyətinin çox da böyük tarixi yoxdur. Təbii ki, idmanın bəzi növləri istisna təşkil edir. Lakin biz biletlərin satış siyasətindən razıyıq".

Sizin Reklam Yeriniz