Bu gün karate üzrə yarışlarda qadın və kişilərin mübarizəsində ümumi 6 çempion müəyyənləşəcək. Kişilərin kata yarışında Tural Balcanlı mübarizəyə qoşulub. Lakin o, məğlub olaraq mübarizəni dayandırıb. Qadınlarda katada Ədilə Qurbanovada həmkarı kimi yarışı medalsız başa vurub. Kumitedə 84 kq və ondan aşağı çəki dərəcəsi üzrə Ayxan Mamayev finala yüksəlib. Finalda da rəqibindən güclü olan Mamayev komandamızın aktivinə qızıl medal yazdırıb. Qadınların yarışında isə kumite 68 kq və ondan aşağı çəki dərəcəsi üzrə İrina Zaretska bütün rəbiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. 68 kq-dan yuxarı çəki dərəcəsində isə Aytən Səmədli tatamiyə çıxaıb və məğlub olaraq mübarizəni dayandırıb. Onunla bərabər digər idmançımız Şahin Atamovda yarışla erkən vidalaşıb.
Kişilər, kata
B qrupu
Tural Balcanlı (Azərbaycan) - Mehmet Yakan (Türkiyə) - 0:5
Tural Balcanlı (Azərbaycan) - Dak Minh (Fransa) - 0:5
Tural Balcanlı (Azərbaycan) - Adrian Quta (Rumıniya) - 5:0
Tural Balcanlı mübarizəni dayandırıb.
Qadınlar, kata
B qrupu
Ədilə Qurbanova (Azərbaycan) - Jasmin Bleul (Almaniya) - 0:5
Ədilə Qurbanova (Azərbaycan) - Dilara Bozan (Türkiyə) - 0:5
Ədilə Qurbanova (Azərbaycan) - Vlatka Kiuk (Xorvatiya) - 0:5
0 xalla qrupda sonuncu yeri tutan Ədilə Qurbanova mübarizəni dayandırıb.
A qrupu
İrina Zaretska (Azərbaycan) - Kristina Vizkayno (İspaniya) - 6:1
İrina Zaretska (Azərbaycan) - Teresa Alisa Buxinger (Avstriya) - 0:4
İrina Zaretska (Azərbaycan) - Vasiliki Panetsidou (Yunanıstan) - 1:0
İrina Zaretska (Azərbaycan) - Marina Rakoviç (Çernoqoriya) - 1:0
İrina Zaretska finalda Avstriyalı Teresa Alisaya 8:1 qalib gələrək qızıl medala sahib çıxıb
A qrupu
Aytən Səmədli (Azərbaycan) - Masa Martinoviç (Xorvatiya) - 1:2
Aytən Səmədli (Azərbaycan) - Nadege İbrahim Ait (Fransa) - 0:5
Aytən Səmədli (Azərbaycan) - Hana Antunoviç (İsveç) - 1:9
Aytən Səmədli mübarizəni dayandırıb.
B qrupu
Ayxan Mamayev (Azərbaycan) - Corcios Mixael Tzanos (Yunanıstan) - 0:0
Ayxan Mamayev (Azərbaycan) - Yaroslav Horuna (Ukrayna) - 6:3
Ayxan Mamayev (Azərbaycan) - Kenji Qrillon (Fransa) - 6:1
Ayxan Mamayev (Azərbayca) - Alvin Karaqi (Kosova) - 6:1
Mamayev finalda qalib gələrək qızıl medala sahib çıxıb