Əlaqə Arxiv
news Image
2015.06.15
10:10
| A A A
Karate üzrə mili komandamız ümumi hesabda birinci oldu

Avropa Oyunları çərçivəsində karate üzrə yarışlara yekun vurulub . Movqe.az Goal.az-a istinadən xəbər verir ki, karate üzrə mili komandamız yarışların qalibi olub. Komandamız 4 qızıl və 2 bürünc medala sahib çıxıb. İdmançılarımızdan Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (68 kq) və Ayxan Mamayev (84 kq) qızıl medal qazanıblar. Niyazi Əliyevlə (67 kq) İlahə Qasımova (55 kq) yarışı bürünc medalla başa vurublar. Bu nəticə ilə millimiz komanda hesabında birinci olub. Türkiyə komandası ikinci yerdə qərarlaşıb.

Fransa isə 3 olub.

Medal sıralaması


Y Ö Q G B C

1. Azərbaycan 4 0 2 6

2. Türkiyə 3 2 4 9

3. Fransa 2 2 1 5

4. İspaniya 2 0 0 2

5. Xorvatiya 1 1 1 3

6. İtaliya 0 3 0 3

7. Avstriya 0 2 0 2

8. Almaniya 0 1 0 1

9. Yunanıstan 0 1 0 1

10. Makedoniya 0 0 2 2

11. Monteneqro 0 0 1 1

12. Rusiya 0 0 1 1


Sizin Reklam Yeriniz