Əlaqə Arxiv
news Image
2015.06.15
10:40
| A A A
Avarçəkənlərimiz final mərhələsinə vəsiqə qazandılar

"Bakı-2015" birinci Avropa Oyunları çərçivəsində iyunun 14-də Mingəçevirdə avarçəkmənin kayak və kanoe növləri üzrə yarışları başlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ilk günündə atletlər kanoe qayıqlarında mübarizə aparırlar. Kür çayında yarış zamanı 9 atlet eyni zamanda qüvvəsini sınaya bilir. Avarçəkmə yarışları kişilər arasında 200, 1000 və 5000, qadınlar arasında isə 200, 500 və 5000 metr məsafələrdə keçirilir. Yarış sahəsinin uzunluğu 1000, dərinliyi isə 10 metrdən çoxdur. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları iştirak edirlər. Yarışlarda 37 ölkədən 300 kişi və qadın idmançı iştirak etmək üçün Mingəçevirə gəlib. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçılarıdır ki, onlardan 20-si qızıl medal sahibidir. Bu mötəbər yarışda Azərbaycan 7 atletlə (6 kişi və bir qadın) təmsil olunacaq. Kayak və kanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Aleksey Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomskaya mükafatlar uğrunda mübarizə aparacaq.

Sizin Reklam Yeriniz