"Bakı 2015": Azərbaycan idmançısı suya tullanma yarışında çıxışını başa vurub
Olqa Bikovskaya 26-cı pillədə qərarlaşıb
Bu gün "Bakı 2015" I Avropa Oyunlarında suya tullanma yarışlarına yekun vurulacaq. Movqe.az-ın məlumatına görə, iyunun 18-də start götürən yarışın son gününün final mərhələsində Azərbaycan idmançısı iştirak etməyəcək.
Qadınlar arasında 3 metr tramplindən tullanma yarışının ilk mərhələsində çıxış edən Olqa Bikovskaya final mərhələsinə vəsiqə qazana bilməyib. O, 328.15 xalla siyahıda 26-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, final mərhələsi bu gün saat 19:00-da start götürəcək. Son yarış günündə 2 medal dəsti öz sahibini tapacaq.