Əlaqə Arxiv
news Image
2015.06.26
10:40
| A A A
Azərbaycan qılıncoynadanları "Bakı 2015"də komanda şəklində yarışacaq
Komandalar 1/4 finalda görüşəcək

"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. Movqe.az-ın məlumatına görə, bu gün komanda şəklində yarışlar keçiriləcək.

Saat 9:00-da qadınlar arasında sablya üzrə komanda yarışlarının 1/4 final mərhələsinə start veriləcək. Bundan yarım saat sonra isə eyni mərhələdə kişilər arasında şpaqa üzrə komanda yarışları başlayacaq.

Hər iki görüşdə rəqib Rusiya komandası olacaq. Qadınların yarışında qalib yarımfinalda Rumıniya, kişilərdə isə İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, qılıncoynatma yarışının 4-cü günündə 3 dəst medal təqdim olunacaq və bu idman növü üzrə yarışa sabah yekun vurulacaq.

Sizin Reklam Yeriniz