Əlaqə Arxiv
news Image
2015.06.28
20:00
| A A A
Avropa Oyunlarında mübarizəyə yekun vurulub
Son yarış günündə 9 dəst medal sahibini tapıb

"Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə yekun vurulub. Movqe.az-ın  məlumatına görə, sonuncu yarış günündə badminton, BMX velosiped idmanı, çimərlik futbolu, cüdo və voleybol üzrə 9 dəst medal sahibini tapıb.

Azərbaycan idmançıları isə sonuncu yarış günündə medalsız qalıblar. Yalnız çimərlik futbolu üzrə yığma komanda 7-ci yer uğrunda görüşə çıxıb. Macarıstanla qarşılaşmada 2:3 hesabı ilə uduzan təşkilatçı ölkə millisi 8 komanda arasında sonuncu olub.

Ümumilikdə isə Azərbaycan 21 qızıl, 15 gümüş, 20 bürünc (cəmi 56) medalla qeyri-rəsmi komanda hesabında 2-ci yeri tutub. Birinci yerə 79 qızıl, 40 gümüş, 45 bürünc medalla Rusiya sahib olub. Medal sayında isə Azərbaycanı Almaniya (66 medal) qabaqlaya bilib. Avropanın 50 ölkəsinin qatıldığı Oyunlar müddətində 256 dəst medal 42 ölkə arasında bölüşdürülüb.  

Qeyd edək ki, I Avropa Oyunları Bağlanış Mərasimi ilə başa çatacaq. Tədbir saat 20:15-də başlanacaq. 

Sizin Reklam Yeriniz