Əlaqə Arxiv
news Image
2015.06.28
21:00
| A A A
AFFA prezidenti Rövnəq Abdullayev "Bakı 2015"də qalib komandalara medalları təqdim edib

Rusiya çimərlik futbolunda qızıl, İtaliya gümüş, Portuqaliya bürünc medallara sahib olub

"Bakı 2015" I Avropa Oyunlarının sonuncu günündə çimərlik futbolu yarışlarının qalibi müəyyənləşib. Movqe.az-ın "Report"-a istinadən məlumatına görə, yarışların final oyununda İtaliya və Rusiya yığmaları üz-üzə gəlib. Qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanan Rusiya millisi I Avropa Oyunlarının qızıl medalını qazanıb.

Qalib komandalara medalları Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev təqdim ediblər.

Bürünc medal uğrunda İsveçrə yığması Portuqaliya millisi qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Portuqaliya 6:5 hesabı ilə qalib gələrək I Avropa Oyunlarının bürünc medalına yiyələnib.

Ukrayna və İspaniya milliləri çimərlik futbolu yarışlarının 5-6-cı yerləri uğrunda təsnifat oyununda qarşılaşıb. İspaniya yığması oyunda 6:3 hesabı ilə qələbə qazanaraq IAvropa Oyunlarını beşinci pillədə başa vurub.

Azərbaycan millisi isə Macarıstan yığması ilə 7-8-ci yerlər uğrunda təsnifat oyununda qarşılaşıb. Millimiz oyundan 2:3 hesabı ilə məğlub ayrılmaqla yarışları səkkizinci pillədə başa vurub.

Portuqaliya yığmasının şərəfini qoruyan Nuno Belçior yarışlarda 8 qol vurmaqla turnirin bombardiri olub.

Sizin Reklam Yeriniz