Əlaqə Arxiv
news Image
2015.07.06
22:00
| A A A
"Bunu uğur və ya tanrının hədiyyəsi kimi qəbul etmək olar"

"Zenit"in yarımmüdafiəçisi Miqel Danni iyunda klubdan getmək üzrə olduğunu bildirib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqal futbolçu son anda klub rəhbərliyi ilə yeni müqavilə barədə razılıq əld etdiyini söyləyib.


"Mən azarkeşlərlə, komanda yoldaşlarım və məşqçilərlə vidalaşdım ki, Sankt-Peterburqu tərk edim. Amma yeni klubla müqavilə imzalamağıma bir gün qalmış "Zenit"dən telefon zəngi gəldi. Həmin vaxt milli komandanın düşərgəsində idim. Onu deyə bilərəm ki, müqavilə məsələsində biraz ziddiyyət oldu. Amma kompromiss əldə olundu. Nəticədə daha 2 il "Zenit"də qaldım. Bunu uğur və ya tanrının hədiyyəsi kimi qəbul etmək olar. Ən əsası, bu addım məni və ailəmi daha da xoşbəxt etdi. Heç kimə sirr deyil ki, ailəm Peterburqda xoşbəxtdir. Uşaqlarım "Zenit" futbol akademiyasında oxuyur. Artıq 10 ildir ki, Rusiyada yaşayırıq. Heç vaxt burdan getmək istəyimiz olmayıb. Məqsədim dəyişməyib. "Zenit"də mümkün qədər çox titul qazanmaq istəyirəm".

Sizin Reklam Yeriniz