Əlaqə Arxiv
news Image
2015.07.07
10:40
| A A A
"Barselona" Arda Turanla 5 illik müqavilə imzalayıb
Sövdələşmənin dəyəri 34 milyon avro təşkil edib

Kataloniyanın "Barselona" klubu Türkiyə milli komandasının futbolçusu Arda Turanı heyətinə qatıb.

Movqe.az xəbər verir ki, bu barədə klubun rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.

Sövdələşmənin dəyəri 34 milyon avro təşkil edib.

Eyni zamanda futbolçunun meneceri Əhməd Bulud Kataloniya klubunun "Atletiko"nun (Madrid) yarımmüdafiəçisi ilə 5 il müddətinə müqavilə imzaladığını bildirib.

"Arda Turan artıq rəsmən "Barselona"dadır. Hazırda çox həyəcanlıyam, hisslərimi ifadə edə bilmirəm. Arda dünyanın ən böyük klubuna transfer oldu", - deyə o söyləyib.

Sizin Reklam Yeriniz