Kobi Brayant və Lionel Messi türk şirkətinin reklam filmində
ABŞ-ın məşhur basketbolçu Kobi Brayant və İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi Türk Hava Yollarının (THY) reklam filminə çəkilib. Lent.az-ın məlumatına görə, bu barədə THY-nin rəsmisi Hamdi Topçu açıqlama verib.
O bildirib ki, şirkət
Brayantla 2011-ci ildə bağladığı reklam müqaviləsini 2 il uzadıb.
Basketbolçu şirkətin yeni reklam çarxına çəkiləcək. Filmdə Messi də
yer alacaq.
Qeyd edək ki, THY təyyarələri ən çox ölkəyə uçan hava yolları
şirkətidir. Uçduğu yerlər baxımından isə bu şirkət dünyada
5-cidir.