Əlaqə Arxiv
news Image
2015.07.10
17:40
| A A A
Mikayıl Cabbarov: “Badminton idman növü üzrə vəziyyət ürəkaçan deyil”
Badminton Federasiyasının prezidenti deyib ki, bu sahədə məhdud sayda məşqçilər və oyunçular var

"İlk növbədə işimiz badminton idman növünün daha da populyarlaşdırılması olacaq. Bilirsiz ki, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".

Movqe.az-ın məlumatına görə, bunu Badminton Federasiyasının prezidenti, təhsil naziri Mikayıl Cabbarov deyib. 

O bildirib ki, bu sahədə məhdud sayda məşqçilər və oyunçular var: "Azərbaycanda 58 məşqçi və 150 oyunçu var. Təbii ki, bu, rəqəm azdır. Qısa zaman ərzində bu işin kütləviləşdirilməsi üçün zəruri işlər görüləcək. Avropa Oyunlarında Badminton idman növünün olması bu sahənin inkişaf etdirilməsini zəruri edir. Növbəti həftə bununla bağlı açıqlama veriləcək. İş elanı təsdiq olunub".

Sizin Reklam Yeriniz