Holland müdafiəçi 4 aylıq sıradan çıxıb
Hollandiyalı müdafiəçi Ron Vlaar əməliyyat olunub. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, buna təcrübəli futbolçunun sol dizindəki zədə səbəb olub. O, təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki, son olaraq "Aston Villa"nın şərəfini qorumuş Vlaar hazırda azad agent statusuna malikdir və özünə yeni klub axtarır.