Əlaqə Arxiv
news Image
2015.07.20
23:00
| A A A
2016 Yay Paralimpiya Oyunlarına növbəti lisenziya

Böyük Britaniyada təşkil olunan üzgüçülük üzrə dünya çempionatı başa çatıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, yarışların son günündə Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idmanı üzrə 2 idmançısı daha 3 medal əldə ediblər. Dmitri Saley 100 m məsafəyə delfin (batterflay) 57.58 saniyə, 50 m sərbəst üsulla (fristayl) 24.46 saniyə nəticə ilə 3-cü, Roman Saley isə 50 m sərbəst (fristayl) 24.39 saniyə nəticə ilə 2-ci yerə sahib olublar. Beləliklə, üzgüçülük üzrə dünya çempionatında paralimpiyaçı idmançılarımız 2 gümüş və 3 bürünc medalla vətənə dönürlər. Qeyd edək ki, hər iki idmançı gələn il Brazilyanın Rio de Janeiro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıblar.

Sizin Reklam Yeriniz