Əlaqə Arxiv
news Image
2015.07.21
00:00
| A A A
"Qarabağ" Monteneqroya gedir

Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la cavab oyununa çıxacaq "Qarabağ" bu gün Monteneqroya yollanacaq. Movqe.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" Bakı – Podqoritsa reysi ilə hərəkət edəcəklər. `

Bakı vaxtı ilə saat 23:00-da Monteneqroda olacaq "Qarabağ" sabah oyunöncəsi son məşqinə çıxacaq. Ağdam klubunun məşq prosesi yerli vaxtla 20:30-da (Bakı vaxtı ilə 23:30) start götürəcək. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanovjurnalistlərin suallarını cavablandıracaq.

"Rudar" – "Qarabağ" matçı iyulun 22-də, saat 23:45-də keçiriləcək.

Sizin Reklam Yeriniz