"Chelsea" qanalı futbolçunu istəyir
"Augsburg"un müdafiəçisi Abdur Rahman Baba karyerasını "Chelsea"də davam etdirə bilər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu üçün Bundesliqa klubuna 14 milyon funt təklif olunur. "Augsburg" Baba üçün 17.5 milyon funt istəyir. Gənc futbolçu ilə "Manchester City", "Roma" və "Arsenal" da maraqlanır.