Əlaqə Arxiv
news Image
2015.07.26
22:00
| A A A
Ronaldoya görə 120 milyon avroluq təklifə "yox" cavabı verilib

PSG bu yay Krişçtianu Ronaldonu ələ keçirə bilməyib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Paris klubu ulduz futbolçuya görə "Real"a 120 milyon avro təklif etsə də, qarşı tərəf dünyanın ən bahalı transferinin reallaşmasına imkan yaratmayıb. Bu, UEFA-nın PSG üzərinə qoyduğu məhdudiyyətləri aradan qaldırmasından sonra baş verib. Klubun sponsoru "Qatar İnvestment Authroity" şirkəti Ronaldoya görə astronomik məbləğ ödməyə razı olub. PSG-nin prezidenti Nasir Əl-Xəlaifi "Real"ın rəhbəri Florentino Perezlə görüşüb transfer məsələsini müzakirə edib. Lakin Perez Ronaldonun buraxılış qiymətinin 1 milyard avro göstərildiyini qeyd edərək təklifi geri çevirib.

Sizin Reklam Yeriniz