Əlaqə Arxiv
news Image
2015.07.29
23:00
| A A A
"Barcelona"ya transferimi Luis Enrike istəyib"

"Barcelona"nın müdafiəçisi Tomas Vermalen ötən mövsüm komandanın heyətində yalnız 1 məhsuldar oyuna çıxmasına toxunub. 2014-cü ilin yayında "Arsenal"dan transfer olunan və uzun müddət zədə ilə mübarizə aparan futbolçu ən böyük qələbəsini yenidən meydanlara qayıtmasında görüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Vermalen bunları deyib:

"Komanda yoldaşlarımın ötən mövsüm qazandığı uğurlara görə sevinirəm. Dizimdə əməliyyat keçirdim. Sağaldım və indi meydana çıxıram. Bu, mənim xüsusi "het-trikim" və qələbəm idi. Məşqçi hər şeyə nəzarət edir. "Barcelona"ya transferimi Luis Enrike istəyib. O bilir ki, komandaya xeyir verə bilərəm. Luis Enrike üçün yad deyiləm. "Barcelona"ya gələndə fiziki cəhətdən hazırlıqlı deyildim. Bir çox mütəxəsislərdən məsləhət istədim. Əməliyyatdan qaçmaq istəyirdim, amma mümkün olmadı. Optimal forma yığa bilmədim".

Belçikalı müdafiəçi katalon klubunda məhsuldar oyun göstərən Messi haqqında da fikirlərini bölüşüb.

"Messini dayandırmağın yolunu bilmirəm. Onun qərar verməkdə, yoxsa qaçmaqda daha sürətli olduğunu demək çətindir. Mən "Arsenal"da oynayanda Messinin 20 dəqiqəyə 4 qol vurmasını unutmayacam".

Sizin Reklam Yeriniz