Əlaqə Arxiv
news Image
2015.08.04
14:15
| A A A
"Mourinyo dünyanın 1 nömrəli məşqçisidir"

"Bavariya"nın əfsanəvi futbolçusu Lotar Matteus komandanın hazırki baş məşqçisi Xosep Qvardiola ilə Joze Mourinyonu müqayisə edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Almaniya millisində keçirdiyi oyunların sayına görə rekordsmen olan Matteus Mourinyonu dünyanın 1 nömrəli mütəxəsisi adlandırıb.


"Qvardiola dünyada ən yaxşı məşqçi deyil. Mourinyo daha çox xoşuma gəlir. O, Qvardioladan daha dürüst və açıq sözlü insandır. Buna görə nömrə birdir. Joze ilə çalışan futbolçular hər dəfə mənə deyir ki, o, bütün sözlərini üzə deyir. Pep "Bavariya"dan gedəcək. Müqaviləni uzatmaq üçün qış qədər gözxləməyin mənası nədir? İndi bunu et, və ya yolun açıq olsun. "Bayern"ə bir sıra titullar qazandırmış Qvardiolaya böyük hörmətim var. Amma artıq o da fikirlərini açıq bildirməlidir. Niyə müqaviləni yeniləmir? Qoy izah etsin. Alman məşqçilərdən Yurgen Klopp, əcnəbilərdən Ançelotti və Joze Mourinyo "Bayern Munchen"i çalışdıra bilər. Amma Joze "Chelsea"dən getməyəcək".

Sizin Reklam Yeriniz