Əlaqə Arxiv
news Image
2015.08.04
14:25
| A A A
"Bakı"nın daha bir futbolçusu komandadan ayrıldı

"Bakı" klubundan daha bir futbolçu gedib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin gənc üzvü Ülvi Süleymanov komandadan ayrılıb. Bu barədə Ülvü özü şəxsi "facebook" hesabından məlumat yayıb:

"Bakı" Futbol Klubu, hər şeyə görə çox sağol. Futbola addım atandan bəri bu klubda oynamışam, bu komandanın formasını tərlətmişəm. İstər yaxşı, istər pis, insan böyüdükcə qarşısına çox şey çıxır. Son iki ildə əsas komandanın heyətində olmaq çox xoş idi. Düzdü, problemlərimiz çox olsa da, kollektivi heç nəyə dəyişmək olmazdı. Kim mənə bu komanda haqlı, haqsız davrandısa, hamısı çox sağolsun. Üstümdə əməyi olan hər bir kəsə təşəkkür edirəm. "Bakı" futbolu öyrədib mənə, həmişə də ürəyimdə qalacaq. Artıq bu klubun oyunçusu deyiləm.Ən çox üzüldüyüm məqam isə çox gözəl kollektivimizin məhv olmasıdır. Çox sağol, "Bakı" Futbol Klubu".

Sizin Reklam Yeriniz