Əlaqə Arxiv
news Image
2012.04.13
17:50
| A A A
Hind futbolu yenidən meydanda
Hindistan, 1950-ci ildə Braziliyadakı Dünya Kubokuna qatılmağa haqq qazanıb, lakin normalda çılpaq ayaqla matça çıxan komanda idman ayaqqabı geymək məcburiyyətində qaldığına görə oyuna qatılmağı rədd edib.
60 ildən çox vaxtdan sonra bir daha Braziliyada həyata keçəcək Dünya Kuboku ilə bağlı iqtisadiyyatı sürətlə inkişaf edən Hindistanın futbola maraq göstərməyə başladığı görünüb.
Lakin, Hindistan komandasının 2014 Dünya Kubokuna qatılma haqqı əldə etməsi olduqca çətindir.
Ancaq, ölkədə futbola olan marağı artırmaq üçün müxtəlif işlər icra edilir.
Hindistan futbolunu inkişaf etdirmək istəyənlərin qarşısına çıxan ilk maneə futbolla maraqlanmağa başlayan hindlilərin olduqca həvəskar olan yerli liqa yerinə Avropa liqalarını izləməyi seçməsidir.
Xalqın marağına səbəb olmaq üçün milli liqanın və milli komandanın inkişaf etdirilməsi lazımdır.

Ziba Yusifova

Sizin Reklam Yeriniz