"Chelsea"nin baş məşqçisi Joze Mourinyo futbolçunun gücünə bələd olmaq üçün 10 dəqiqəni kifayət hesab edir. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsis komandasını tərk edən futbolçuların rəqabətdən çəkindiklərini də qeyd edib.
"Mən peşəkar məşqçiyəm. Ofis işçisi deyiləm. Oyunçular mənə güvəndiklərini nümayiş etdirməlidir. Amma futbolçular və agentləri deyir ki, özünü göstərmək üçün ardıcıl 5 oyun meydana çıxmaq lazımdır. Sənə ardıcıl 5 oyun lazımdır? Çox əla. Amma sənə 10 dəqiqə şans veriləcək. Bu müddət ərzində hazır olub-olmadığını göstərə bilərsən. Məsələn, Kurt Zuma ardıcıl 5 qarşılaşmada meydana çıxmadı. Kevin de Bruyne və Andre Şurrlenin "Chelsea"nin səviyyəsinə uyğun gəlməməsi barədə fikirlər yanlışdır. Onlar yaxşı futbolçulardır. Ammaq hər iki oyunçu komandada qalıb əsas heyət uğrunda mübarizə aparmaq istəmədiklərindən onları satmalı olduq. "Chelsea"də özünü xoşbəxt hiss etməyəni saxlamaq fikrimiz yoxdur. Onların özündən də soruşa bilərsiniz ki, nəyə görə klubdan getdilər. Əgər dürüst olsalar, Lukaku, De Bruyne, Şurrle, Salah- hamısı bildirəcək ki, əsl rəqabətəhazır deyildilər. Onlar əsas heyət üçün bəzi böyük futbolçularla rəqabətə girmək istəmədilər. Görürəm ki, Zumaq komandada ən xoşbəxt oyunçulardan biridir. Onu parlaq gələcək gözləyir. Zumanın mövqeyində çıxış edən Terrinin 34, Keyxillin isə 31 yaşı var. Bilirəm ki, Kurt hər zaman oynamağa hazırdır. Hətta onun üçün ideal sayılmayan mövqelərdə də. Futbolçular fərqli xarakterə malikdir. Buna hörmət edirəm. Bəli, 10 dəqiqə ərzində Maradonanın tərzində, topu yarımmüdafiədə qəbul edib 10 nəfəri aldadıb qol vurmaq olar. Lakin futbolçudan gözlənilən şey bu deyil. 10 dəqiqə ərzində çox şey etmək mümkündür. Göstərə bilərsən ki, təzyiqə hazırsan. Komanda yoldaşların ilə məşq edən futbolçu yox, yüksək səviyyədə oynamağa qadir birisən".