Əlaqə Arxiv
news Image
2015.08.11
18:48
| A A A
"Balotelli futboldan məşhur olmaq üçün istifadə edir"

Yaxın keçmişin məşhur futbolçusu Paolo Di Kanyo həmyerlisi Mario Balotellini tənqid edib. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Di Kanyo bunları deyib:

"Məşqçi kimi danışıram. Fikrimcə, müəyyən mərhələdə komandanın nə olduğunu bilmək, yoldaşlarınla sevinc və kədərini bölməyin mənasını anlamaq lazımdır. Belə görünür ki, bunlar Marioya hələ çatmayıb. Bir sıra məşqçilər onu dəyişməyə çalışdı. Roberto Mançini ona ata kimi idi.Lakin o da Balotelli ilə "İnter"də qovuşa bilmədi. Joze Mourinyo dərhal hər şeyi anladı. O, Marionu dəyişdirə biləcəyini hiss etdi. İndi isə Marioya arxa duran yoxdur. Balotelli hələ gəncdir, əla atletdir. Amma potensialından heç cür istifadə edə bilmir. Bəzən düşünürsən ki, əlinə keçən topları qapıya vurmaq kifayət edir. Qoy komanda yoldaşların qaçsın. Lakin bu yolverilməzdir. Futbol fədakarlıq istəyir. Belə görünür ki, Balotelli futboldan məşhur olmaq üçün istifadə edir".


Sizin Reklam Yeriniz