Əlaqə Arxiv
news Image
2015.08.14
00:00
| A A A
Avropanın ən yaxşı adına iddialı futbolçular

"Barselona"nın hücumçuları Lionel Messi və Luis Suares, habelə "Real"ın oyunçusu Kriştianu Ronaldu 2014/2015-ci illər mövsümündə UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçusu mükafatına iddia edirlər. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Mükafatın sahibi avqustun 27-də məlum olacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də münsiflər heyəti UEFA-nın üzvü olan bütün 54 milli assosiasiyanı təmsil edən jurnalistlərdən ibarətdir. Münsiflər heyətinin hər bir üzvü, onun fikrincə mövsümün ən yaxşı beş futbolçusunun adını çəkir. Hər oyunçu münsiflərin ona verdiyi hər birinci yerə görə beş xal, hər ikinci yerə görə dörd xal alır və s. Ən yüksək nəticə göstərmiş on oyunçu səsvermənin ikinci mərhələsinə keçir və bu mərhələnin yekunlarına əsasən üç namizəd seçilir. 2015/2016-cı illər mövsümündə Çempionlar Liqasının qrup mərhələsi oyunlarının püşkatma mərasimi avqustun 27-də Monakoda keçiriləcək. Həmin mərasimdə eyni münsiflər heyəti üç namizəddən ən yaxşısını müəyyən etmək üçün səsvermə keçirəcək. Xatırladaq ki, əvvəlki illərdə bu mükafatın sahibləri Lionel Messi (2011), Andres İniyesta (2012), Frank Riberi (2013) və Kriştianu Ronaldu (2014) olub.


Sizin Reklam Yeriniz