Əlaqə Arxiv
news Image
2015.08.15
19:10
| A A A
Xorvatiyalı hücumçu "Fiorentina"ya keçdi

"Dnepr"in xorvatiyalı hücumçusu Nikola Kaliniç karyerasını İtaliyada davam etdirəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yeni klubu "Fiorentina" olub. Kaliniç "bənövşəyilər"lə 4 illik müqavilə imzalayacaq. Onun "Fiorentina"dakı məvacibi ildə 5 milyon avro olacaq.

Qeyd edək ki, Kaliniç "Dnepr"ə 2011-ci ildə transfer olunmuşdu. Bu klubda 82 oyunda meydana çıxan forvard 34 qolun müəllifi olmuşdu.


Sizin Reklam Yeriniz