Pikenin sözləri "Barcelona"ya da baha başa gəldi
Xerard Pike İspaniya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, "Barcelona"nın 28 yaşlı müdafiəçisi "Athletic"lə oyunun 55-ci dəqiqəsindəki təhqiramiz sözlərinə görə 4 oyun diskvalifikasiya edilib. Bununla ynaşı, "Barcelona" 400 min, Pike isə 3 min avro cərimə ödəməlidir.
Qeyd edək ki, Pike yan xətt hakimini təhqir etdiyi üçün meydandan qovulmuş və "Athletic" İspaniya superkubokuna shib çıxmışdı .