"Stounza görə rəsmi təklifdən xəbərim yoxdur"
"Everton"un müdafiəçisi Con Stounz uzun müddətdir, "Chelsea"nin diqqət mərkəzindədir. Mətbuatda "zadəganlar"ın 3 dəfə gənc futbolçuya görə qarşı tərəfə təklif göndərdiyi yazılsa da, "mersesaydlılar"ın baş məşqçisi Roberto Martinez bunu təkzib edib.
"Stounza görə rəsmi təklifdən xəbərim yoxdur. Bütün diqqət bazar günü keçiriləcək "Manchester City" matçına yönəlib. Cona həmin oyunda şans vermək üçün problem yoxdur. İstedadlı futbolçularımızın başqa klubların diqqətini cəlb etməsi pozitiv haldır. Fərdi hadisələr əhəmiyyət kəsb etmir. Stounz məsələsi yay transfer pəncərəsinin qaynar mövzularından biridir. Transfer dönəmi başa çatan kimi aktual olacaq".