Əlaqə Arxiv
news Image
2015.08.22
00:00
| A A A
"O oğlan yekəpər idi və mənə layiqli müqavimət göstərdi"

PSG-nin ulduz futbolçusu Zlatan İbrahimoviç "Milan"da çıxış edərkən başına gələn hadisəni xatırlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, isveçli hücumçu amerikalı Onyevu ilə mübahisəsindən söhbət açıb.

"Amerikan dostlarımın olduğunu deyə bilmərəm. "Milan"da Oquçi Onyevu ilə birlikdə oynamışam. Bir dəfə onunla mübahisəmiz düşdü. Yeri gəlmişkən, əla dava idi. Mənə həzz verdi. O oğlan yekəpər idi və mənə layiqli müqavimət göstərdi. Son nəticədə dostlaşdıq. Davada kim qalib gəldi? Ondan soruşsanız, özünü qalib sayacaq. Mən isə özümü. Yəqin ki, heç-heçə oldu".


Sizin Reklam Yeriniz